“Əsrlər boyu Azərbaycanın çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub. 30 illik müstəqillik dövrümüzdə biz bu amilləri gücləndirmişik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında söyləyib.
Dövlətimizin başçısı bildirib ki, biz bunu sabitliyin, proqnozlaşdırmanın və bütün konfessiyaların nümayəndələri arasında birgəyaşayış nümunəsi hesab edirik:
“Biz bir vahid ailə kimi yaşayırıq”.