• Ça. Noy 26th, 2024

İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb

ByYenigun.news

Okt 2, 2023


Prezident İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb.

AZƏRTAC xəbər verir ki, son 20 ildə ümumi daxili məhsulumuzun dörd dəfə, büdcə gəlirimizin 30 dəfə, xarici ticarət dövriyyəmizin 10 dəfə artdığını deyən dövlətimizin başçısı bildirib:

“Biz xarici borcumuzu ÜDM-in 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq, bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni biz istədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik”.

Ölkəmizdə sərmayə mühitinin çox müsbət olduğunu vurğulayan Prezident İlham Əliyev son 30 ildə Azərbaycana 30 milyard dollardan artıq vəsait qoyulduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir