“Dünyada şəhərlərin inkişafı üçün maliyyə mənbələrinin əlçatanlığı problemlərdən biridir”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Ümumdünya Məskunlaşma Günü ilə bağlı tədbirdə Qambiyanın meri Rohi Malik Lov deyib.
O bildirib ki, şəhərlərin infrastrukturları üçün maliyyəyə ehtiyac var:
“Bununla yanaşı, şəhərlərin insan kapitalı cəhətdən imkanları məhduddur. Bu prosesdə bizi dəstəkləyənlərin sayı çox az olur. Özəl tərəfdaşlarla yaxşı işlənilməlidir. Eləcə də biz tərəfdaşlardan bir daha maliyyə vəsaitlərinin ayrılmasının yollarını düşünməklərini istəyirəm”.
Qambiya meri deyib ki, bütün şəhərlərin özlərinə xas xüsusiyyətləri, problemləri var:
“Şəhərlər maliyyə vəsaitini tək başına toplaya bilmirlər. Bu da şəhərlərin siyasi iradəsinin olmadığını göstərən amillərdən biridir.
Mən həmişə merlərə haqq qazandırıram. Çünki miqrasiya, iqlim dəyişikliyi proseslərini nəzərə almaq lazımdır. Buna görə də merlərin üzərlərinə böyük məsuliyyət düşür. Hər kəs istəyir ki, ona göstərilən xidmətlər davam etsin. Merlər davamlı xidməti təmin etməlidirlər”.
“Bütün dünyada qadın merlərin sayı azdır. Kişilər isə əksinə bir-birinə dəstək olurlar. Lakin qadın olaraq mer kimi işləmək çox çətindir”, – deyə o qeyd edib.
Könül Cəfərli