• Ç. Noy 27th, 2024

Qarabağdakı ermənilərin reinteqrasiyasında yeni detallar – ŞƏRH

ByYenigun.news

Okt 2, 2023


Azərbaycan Prezidentinin Administrasiyası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı başlanılan əməli fəaliyyətin konturlarını açıqlayıb.

Reinteqrasiya prosesində erməni sakinlərə:

– Hüquqi və idarəetmə sahəsində,

– İqtisadi sahədə,

– Sosial sahədə,

– Mədəniyyət və din sahəsində Azərbaycan Konstitusiyası ilə müəyyən edilən bütün hüquqlar tanınır.

Bunlar regionda erməni kartı ilə oynanılan oyunların sonunu gətirir, artıq o dövr də deyil ki, Qarabağda ermənilər hansısa formada silahlı təşkilatlanma yarada bilsinlər.

Birincisi, ona görə ki, Azərbaycan təhlükəsizlik sferasında ciddi addımlar atır, məsələn, Prezident Administrasiyasının məlumatındakı bu iki tezis diqqət çəkir:

– Tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır;

– Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edirlər.

İkincisi, elə bir zaman deyil ki, Qarabağa qeyri-qanuni daşımalar baş versin və ya Azərbaycanın hava məkanını pozmağa cürət edilsin.

Qarabağdakı ermənilərin taleyi Azərbaycanın konstitusion quruluşunun zəmanətindədir. Baş verə biləcək istənilən xoşagəlməz hadisəyə görə məsuliyyət Azərbaycan qanunvericiliyi əsasında təyin ediləcək.

Yəqin ki, sırada Qarabağda məhkəmə hakimiyyətinin qurulması prosesi durur. Hər hansı hüquq pozuntularına görə cəzakəsmə aparatında ermənilərə müstəsna imtiyaz tanınmayacaq – qanun nəyi tələb edirsə, ona uyğun cəzalandırma şəkli olacaq.

Diqqətəlayiq əhəmiyyətli hadisələrdir, çünki Azərbaycan vətəndaşlığı alacaq ermənilərə kənar güclər müstəsna hüquqlu predmet kimi baxmaq vərdişlərindən əl çəkməli olacaqlar. 

Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsinin təmin edilməsi regionda maliyyə-kəşfiyyat dayanıqlılığına qarantiya verir.

Yəni region nə çirkli pulların yuyulması, nə də digər maliyyə cinayətlərinin məkanı ola bilər – bunun özü ümumi təhlükəsizlik sistemində lazımlı komponentdir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir