• Ç. Noy 27th, 2024

Möhtəşəm “Nine Senses” beynəlxalq festivalının başlamasına sayılı günlər qaldı

ByYenigun.news

Okt 3, 2023


Azərbaycanda ilk dəfə keçiriləcək “Nine Senses Fest” adlı möhtəşəm mənəvi və fiziki təcrübələr festivalının başlamasına sayılı günlər qalıb.

Oxu.Az xəbər verir ki, 6-8 oktyabr tarixlərində baş tutacaq “Nine Senses” beynəlxalq festivalı “Nine Senses” sənət və özünüinkişaf mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə keçiriləcək.

Bu tədbir ruh, bədən və ağıl (“spirit”, “body”, “mind”) istiqamətləri üzrə təcrübələr festivalıdır. “Nine Senses” festivalında yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra, bədii yoqa, meditasiya təcrübələri, bədənyönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik qrup məşqləri, emosional zəkanın inkişafına yönəlik fərqli sahələr üzrə kouçinq, müxtəlif növ art-terapiyalar təşkil olunacaq.

“Nine Senses” beynəlxalq festivalında Azərbaycanın, həmçinin dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri keçiriləcək.

Festival üç məkanda təşkil olunacaq. Oktyabrın 6-da “The Club Port Baku”da, 7-8-də isə “Nine Senses” sənət və özünüinkişaf mərkəzində və “Sea Breeze”də keçiriləcək.

Festivalda iştirak etmək istəyən hər kəs https://fest.ninesenses.az/az/ saytından onlayn formada bilet əldə edə bilər. Biletlərin qiyməti 150 manat təşkil edir. Məbləğə üç gün ərzində istənilən ustad dərslərinə və bütün festival tədbirlərinə giriş daxildir.

Bundan əlavə, festival haqqında geniş məlumat əldə etmək istəyənlər https://www.instagram.com/ninesensesfest/ “Instagram” səhifəsindən ətraflı məlumat ala bilərlər.

Bununla yanaşı, əl işlərindən ibarət tematik yarmarka və “Qaranlıqda teatr” adlı musiqili proqram da təşkil olunacaq. Festivalın sonunda isə “hedlayner” İmran Kriyanın canlı meditasiya konserti və sevilən müğənni Çingiz Mustafayevin canlı konsert proqramı olacaq.

Onu da xüsusi olaraq bildirək ki, tədbirin dörd “hedlayner”i var:

1. İmran Kriya – yoqa ustadıdır, eyni zamanda, musiqiçi, bəstəkar və multiinstrumentalistdir;

2. Anna Vladimirova – həkim, Çin təbabəti üzrə mütəxəssisdir. “Wu Ming Dao” şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifidir;

3. Mətanət Babayeva – psixi və emosional sağlamlıq, eləcə də korporativ mədəniyyətdə məhsuldar iş üzrə mütəxəssis. Azərbaycanda insan resursları sahəsində aparıcı mütəxəssislərdən biri;

4. Nandan Qautam – müasir idman təbabətini və qədim yoqa müdrikliyini özündə birləşdirən daha canlı və yeni bir yoqa forması olan “CEO Artistic Yoqa” məktəbinin ustadı və rəhbəri. O, ABŞ-də təhsil alıb, “USA Today”də işləyib və ruhani müəllim Dr.Bharat Thakurdan yoqa öyrənmək üçün Hindistana qayıdıb. Nandan yoqa, musiqi və meditasiyanın məlum olmayan sirli sahələrini araşdırır, daxili rahatlıq və məmnunluq hissini tapmağa kömək edir.

Festivalın əlaqə nömrələri:

(+994 10) 310-02-03;

(+994 55) 255-54-12.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir