Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bu barədə səfir öz “X” hesabında paylaşım edib.
“Xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı Kenterberi arxiyepiskopu Castin Velbi ilə əhəmiyyətli müzakirələr apardıq. Biz davam edən humanitar yardımları və Qarabağın bütün sakinlərinin hüquqlarının müdafiəsini müzakirə etdik”, – paylaşımda qeyd edilib.
Xarici İşlər Naziri @Bayramov_Jeyhun ilə görüş zamanı Kenterberi arxiyepiskopu @JustinWelby ilə əhəmiyyətli müzakirələr apardıq. Biz davam edən humanitar yardımları və Qarabağın bütün sakinlərinin hüquqlarının müdafiəsini müzakirə etdik. pic.twitter.com/bgWWU651RC
— FergusAuldFCDO (@FergusAuldFCDO) October 3, 2023