“Ermənistanda keçirdiyi görüşlərdə Fransa xarici işlər naziri Katrin Kolonnanın saxta “blokada” və “məcburi köçkün” iddiaları sülhə xidmət etmir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında yazıb.
“Onun “Fransa hər zaman Ermənistanın yanındadır” ifadəsi nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindəki bütün maskaları yırtdı”, – deyə XİN sözçüsü bildirib.
Repetition by 🇫🇷 @MinColonna of fake “blockade” & “forced displacement” narrative in her meetings in Armenia doesn’t serve peace. Her statements on “France always standing by Armenia’s side” finally removed all masks off French claims to being an honest broker & neutral mediator.
— Aykhan Hajizada (@Aykhanh) October 3, 2023