• Ca. Noy 28th, 2024

Həmid Həmidov: “Ermənistan Rusiya ilə qarşıdurmada Qərbin əlində qara qəpikdir” – VİDEO

ByYenigun.news

Okt 4, 2023


Maskalar cırıldı. Fransanın artıq danışıqlar prosesində, iddia etdiyi kimi, neytral vasitəçi rolu oynamayacağı aydındır. Bu kontekstdə Beşinci respublikadan nə gözləmək olar?

CBC TV bununla əlaqədar “Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidovdan münasibət öyrənib.

H.Həmidov bildirib ki, Parisin maskası indi yox, çoxdan cırılıb.

“Biz təzə heç nə görmədik. Fransa artıq neçə illərdir ki, birtərəfli – ermənipərəst mövqe sərgiləyir. Bunun səbəbi – Parisin niyə bir tərəfə əyildiyi isə ayrı məsələdir. Fransa beynəlxalq arenada mövqeyini itirir, son illərdə Fransanın avtoriteti çox ciddi şəkildə zədələnib”, – deyən ekspert Fransanın necə Afrikadan sıxışdırılıb çıxarıldığını xatırladıb.

“Afrikalılar artıq hətta nominal olaraq Fransanın müstəmləkəsi olmaq istəmirlər. Beləliklə, Fransanın mövqeyi həm Avropa İttifaqında, həm də beynəlxalq arenada çox ciddi şəkildə məhv olub. Bu səbəbdən Fransa hələ də imperiya olduğunu, hansısa ölkələrə himayə etmək qüdrətində olduğunu göstərmək istəyir, amma bütün bunlar acınacaqlı və mənasız görünür”, – deyə jurnalist əlavə edib.

O bildirib ki, İrəvan Fransanın media məkanında mühüm yer tutmur, çünki ölkənin özünün daxili, sosial problemi kifayət qədərdir, “sarı gödəkçəlilər” məsələsi hələ də həll olunmamış qalıb.

“Paris və ilk növbədə prezidentin Fransaya diqqəti onun himayəçi rolunda öz önəmini göstərmək istəməsidir, çünki Ermənistandan başqa bunu heç yerdə edə bilmir. Bundan başqa, onlar Ermənistan diasporundan aktiv şəkildə pul alırlar. Təəssüf ki, bəlkə də, xoşbəxtlikdən, Fransada Ermənistan diasporu güclüdür və məmur aparatı ilə sıx bağlıdır. O da sirr deyil ki, diaspor həm indiki, həm də əvvəlki bir neçə prezidentin seçki kampaniyasını maliyyələşdirib”, – deyə ekspert izah edib.

Həmid Həmidov Ermənistan-Rusiya münasibətlərinə də toxunub. Onun sözlərinə görə, Moskva və İrəvanın münasibətlərinin qırılması barədə danışmaq hələ tezdir, çünki onları bir sıra iqtisadi, siyasi, sosial münasibətlər bağlayır.

“Roma Statutunun ratifikasiyasına gəlincə isə bu, nəinki Fransanın, ümumiyyətlə Qərbin diktəsi ilə edilib və məqsəd Moskvanı təngə gətirmək olub. Ermənistan Rusiya ilə qarşıdurmada Qərbin əlində xırda pul, qara qəpikdir”, – deyə o əlavə edib.

“Global Media Group”un media direktoru, həmçinin, Fransanın Qarabağdakı erməniəsilli sakinlərin “humanitar böhranı” ilə bağlı yalanlarına, Katrin Kolonnanın (Fransanın xarici işlər naziri – red.) Parisin İrəvanı silahlandırmaqla bağlı bəyanatına münasibət bildirib və Ermənistanı nə gözlədiyi barədə proqnozunu verib.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir