“Ermənistandan qovulmuş 300 min azərbaycanlı Avropa İttifaqının bəşəriyyətə qarşı törədilmiş bu cinayətlə bağlı qulaqbatırıcı sükutu pozacağını gözləyir”.
Bu fikirlər Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqovun “X” hesabındakı paylaşımında yer alıb.
Diplomat bildirib ki, 1990-cı illərin əvvəllərində yüzlərlə azərbaycanlı Ermənistandan qovularkən qətlə yetirilib:
“Onlar beynəlxalq humanitar hüquqa uyğun olaraq BMT tərəfindən qaçqın icması kimi tanındılar. 30 il ədalətin bərqərar olmasını gözlədikdən sonra Aİ-dən evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmalarını təmin etmək, pozulmuş insan hüquqlarını bərpa etmək, mədəni və dini irslərini qoruması üçün Ermənistana təzyiq göstərməsini tələb edirlər. 300 min insan 30 ildən sonra hələ də Aİ-nin bəşəriyyətə qarşı bu cinayətlə bağlı qulaqbatırıcı sükutu pozacağını gözləyir”.
See below the opinion of almost 300,000 Azerbaijanis ethnically cleansed from Armenia at the beginning of the 90s, with hundreds massacred during the forced expulsion. Having been recognised by the UN as a refugee community in accordance with the international humanitarian law,… https://t.co/BEdCAFEFrm
— Vaqif Sadıqov (@VaqifS) October 4, 2023