“Azərbaycan sülh sazişi ilə bağlı təkliflərini Ermənistana ötürüb. Ermənistan bu təkliflərin üzərində işləyir. Fikrimcə, gec-tez cavab veriləcək”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, Ermənistan birbaşa danışıqlar aparmasa da, yazılı danışıqlar gedir:
“Hansı cavabı verəcəklərini bilmək üçün bir az gözləməliyik. Ola bilsin ki, vaxt qazanmaq istəyirlər, ancaq ciddilik baxımından Ermənistan tərəfi Azərbaycanın təkliflərini qəbul edir. Çox güman ki, təhlil apardıqdan sonra yazılı geri dönüş edəcəklər”.