Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Türkiyədə 15 ölkənin iştirakı ilə keçirilən “Nüsret-2023” beynəlxalq təlimində iştirak edir.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Çanaqqala və Saros körfəzində icra edilən manevr dekabrın 6-dək davam edəcək.
Təlim çərçivəsində minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.
Azərbaycan hərbi dənizçiləri manevrdə qərargah fəaliyyətlərini yerinə yetirəcəklər.