• Şb. Dek 20th, 2025

Cevdet Yılmaz: “Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli platforması üzrə işlərimiz davam edir”

Byadmin

Dek 6, 2023


“Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli platforması çərçivəsində Orta Dəhliz üzrə işlərimiz davam edir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Aşqabadda keçirilən Türkiyə-Türkmənistan İş Forumunda çıxışı zamanı deyib.

“Bu məsələ ilə bağlı tərəfdaşlarımızla müzakirələr aparırıq. Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli platforması çərçivəsində işlər gedir. Həmçinin, Türk Dövlətləri Təşkilatı daxilində də əməkdaşlığımızı gücləndiririk”, – o bildirib.