• Şb. Noy 23rd, 2024

“Sən seç, ya vaksin, ya həbs”

ByYenigun.news

İyn 22, 2021

Filippin Prezidenti Rodriqo Duterte koronavirusa qarşı vaksinasiyadan keçməkdən imtina edənləri həbslə hədələyib.

“Yenigun.news” xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

Bildirilib ki, prezident televiziya kanallarında yayımlanan çıxışında paytaxt Maniladan vaksinasiya kampaniyasına qatılanların az olması səbəbindən belə açıqlama verib.

“Sən seç, vaksin, ya da səni həbsə atdıraram. Məni yanlış anlama, bu ölkədə bir böhran var”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir