• Bz. Noy 24th, 2024

Müdafiə nazirinin müavini türkiyəli nümayəndə ilə Qətərdə görüşdü

ByYenigun.news

Mar 5, 2024


Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında (DIMDEX 2024) iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində A.Qurbanov Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.

Görüşdə iki qardaş ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə istehsalat və yeni layihələr üzərində ətraflı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir