Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub.
APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ciddədə keçirdiyi görüşün təfərrüatları barədə jurnalistlərə açıqlamasında bildirib.
İranlı nazir qeyd edib ki, görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə aparılıb:
“Azərbaycanlı həmkarımla görüşdə Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə apardıq. Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin İrana göndərilməsi ilə bağlı yaxın vaxtlarda tədbirlər görülməsi ilə əlaqədar razılıq əldə etdik”.