• Ç. Noy 27th, 2024

Ərdoğan: “3+3” regional formatı çox vacib platformadır”

ByYenigun.news

Mar 14, 2024

“3+3” regional formatı regionda anlaşma, Cənubi Qafqazda sülh və sabitlik üçün çox vacib platformadır. Bu il biz həmin təşəbbüsün üçüncü görüşünə evsahibliyi edəcəyik”.

“Report” xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.

O deyib ki, dünya yalnız beş gücdən ibarət deyil: “Regional əməkdaşlıq təxirəsalınmaz məsələyə çevrilib. Hazırda Türkiyə regionda problemlərin həlli yoluna məhz bu prinsip əsasında çalışır”.

Qeyd edək ki, R.T.Ərdoğanın məktubunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım oxuyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir