• Ca. Avq 28th, 2025

Egils Levits: “Bakı COP29 üçün düzgün seçilmiş bir məkandır”

ByYenigun.news

Mar 14, 2024

“Bakı zəngin keçmişə malik şəhərdir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi üçün bu şəhər düzgün seçilmiş məkandır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Latviyanın sabiq prezidenti Egils Levits XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.

“İnanıram ki, bu mötəbər tədbir iqlim dəyişikləri ilə bağlı yeni müzakirələrə nəfəs gətirəcək və uğurla keçiriləcək”, – deyə Egils Levits vurğulayıb.