Rusiyanın ən şərq vilayətlərində – Kamçatka və Çukotkada ölkə prezidenti seçkisi üçün səsvermə başlayb.
Prezident seçkisi üçün regionda 319 seçki məntəqəsi yaradılıb.
Əsas seçki məntəqələrində səsverməni 600-dən çox müşahidəçi izləyəcək.
Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 15-dən 17-dək keçiriləcək. İlk dəfədir ki, seçki üç gün ərzində davam edəcək və ölkə regionlarının təxminən üçdə birində məsafədən elektron səsvermədən istifadə olunacaq.
Dövlət başçısı postu uğrunda dörd namizəd mübarizə aparır: Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski və Nikolay Xaritonov.
Mənbə: TASS