• Ça. Noy 26th, 2024

Pulqar-Vidal: “COP29-da bu il qlobal uyğunlaşma modelinə diqqət yetiriləcək”

ByYenigun.news

Mar 15, 2024

“İlin sonunda Bakıda keçiriləcək COP29 tədbirində qlobal uyğunlaşma modelinə diqqət yetiriləcək”.

“Report” xəbər verir ki, bunu Perunun keçmiş ətraf mühit naziri Manuel Pulqar-Vidal XI Qlobal Bakı Forumunda keçirilən panel iclasında deyib.

“Qlobal uyğunlaşma modeli üzərində işlər gedir. Bu, meyarlar, göstəricilər axtarışıdır. Çünki uyğunlaşma üçün vəsait toplaya biləcəyimiz yeganə yol məhz budur”, – o vurğulayıb.

M.Pulqar-Vidal qeyd edib ki, Paris Sazişinin effektiv olması üçün əsas məsələlərdən biri gənclərin və qadınların fəal iştirakı daxil olmaqla cəmiyyətin iqlim dəyişikliyi məsələlərinə cəlb edilməsidir:

“Əlbəttə ki, əgər onu həyata keçirə biləriksə, Paris Sazişi dünyanı birləşdirmək üçün ideal yoldur və belə olaraq da qalır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir