“Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:
“Bu, mənim baş nazir kimi səlahiyyətimdir, mən buna imza atmışam. Bu yaxınlarda da yenə 3 aylıq sərhədləri bağlamışam”.