“Ukrayna-Rusiya müharibəsinin qalibi olmayacaq”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, rəsmi Ankara müharibənin ilk günündən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib:
“Türkiyə Krımı Ukraynanın ərazisi kimi tanıyır. Biz savaşın diplomatik həllinə, Qara dənizin təhlükəsizliyi üçün çalışırıq. Eyni zamanda, tərəfləri diplomatik həll yolunu tapmağa çağırırıq”.