• Ça. Avq 26th, 2025

Hakan Fidandan Qara dənizlə bağlı ÇAĞIRIŞ

ByYenigun.news

Mar 15, 2024

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qara dənizin demilitarizasiyasına çağırıb.

“Report” xəbər verir ki, o, çağırışını martın 15-də Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda çıxışı zamanı səsləndirib.

“Qara dənizi silahlardan azad etməliyik”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, müharibələrdən əvvəl Qara dənizdə sakitlik hökm sürürdü:

“Müharibədən sonra isə hərbləşmə başladı. Biz Rusiya-Ukrayna müharibəsində “Taxıl saziş”inə nail olduq. Taxıl və digər malların Qara dəniz vasitəsilə daşınmasına şərait yaradılmalıdır. Regionda Qara dənizin rolu itməməlidir. Hərbləşmə region ölkələr üçün təhlükəlidir”.