• Ça. Noy 26th, 2024

Aİ-nin keçmiş komissarı: “COP29 Azərbaycanla Avropa arasında əməkdaşlıqda yeni fürsətlər yaradacaq”

ByYenigun.news

Mar 16, 2024

“COP29-a ev sahibliyi Azərbaycanla Avropa arasında əməkdaşlıqda yeni fürsətlər yaradacaq”.

Bunu Avropanın enerji məsələləri üzrə keçmiş komissarı Andres Pribalqs “Report”a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycandan sonra COP-a ev sahibliyi Braziliyaya keçəcək:

“Düşünürəm ki, bu müddət ərzində rəsmi Bakı Avropa ilə münasibətlərdə yeni perspektivlərə nail olacaq”.

İkitərəfli münasibətlərə toxunan keçmiş komissar Azərbaycanın Avropanın enerji təchizatında mühüm rol oynadığını bildirib.

“Mən uzun müddət Avropada bu sahə ilə məşğul olmuşam. İşimlə əlaqədar olaraq bir neçə dəfə Azərbaycanda olmuşam. Bilirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq var”, – o söyləyib.

Keçmiş komissar enerji sahəsində ikitərəfli əlaqələrin konkret xarakter daşıdığına inamını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir