• Ça. Noy 26th, 2024

Moldovada Rusiya səfirliyinin binasına “molotov kokteyli” atan şəxs saxlanılıb – VİDEO

ByYenigun.news

Mar 17, 2024

Moldovanın paytaxtı Kişineuda 54 yaşlı ölkə vətəndaşı Rusiya prezident seçkisində səsvermənin keçirildiyi Rusiya səfirliyinin binasına iki ədəd “molotov kokteyli” atdığı üçün saxlanılıb.

Bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfirliyin əməkdaşları və ya ziyarətçilərdən heç biri xəsarət almayıblar, daha sonra səsvermə adi qaydada davam etdirilib. Cinayətkar dindirilmək üçün polisə aparılıb.

Qeyd olunub ki, Rusiyanın Moldovadakı səfirliyi bəyanat yayaraq, həmin şəxsə ədalətli və sərt cəza verilməsini tələb edib. Diplomatlar həmçinin yüksək fəallıq və seçkilərdə iştirak etmək istəyən insanların sayının çox olduğunu qeyd ediblər.

Mənbə: theins.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir