“Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında bildirib.
Azərbaycanın Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etdiyini xatırladan dövlətimizin başçısı bildirib:
“Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.