• Be. Noy 25th, 2024

Hikmət Hacıyev Çinin xarici işlər nazirinin müavini ilə COP29-la əlaqədar məsələləri müzakirə edib

ByYenigun.news

Mar 18, 2024

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin xarici işlər nazirinin müavini Sun Veydonqla görüşüb.

“Report” xəbər verir ki, Çinin xarici işlər nazirinin müavini Sun Veydonq ilə görüşdə Azərbaycan və Çin prezidentləri arasında keçirilən görüşlərin, aparılan məktub mübadilələrinin ölkələrimiz arasında tərəfdaşlığın strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm amil olduğu vurğulanıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrə, COP29-la əlaqədar qarşıda duran məsələlərə, Orta Dəhliz üzrə əməkdaşlığa, Cənubi Qafqaz regionunda sülh quruculuğuna dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan ilə Çin arasında hərtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir