Sabah Avropa Parlamentinin üzvləri Xarici Əlaqələr Komitəsində Avropa İttifaqına (Aİ) üzv ölkələrin nazirləri, nazir müavinləri və dövlət katibləri ilə Aİ-nin genişlənməsinin gələcəyini müzakirə edəcəklər.
Bu barədə Avropa Parlamenti məlumat yayıb.
Bildirilib ki, Avropa Parlamentinin üzvləri Aİ-nin genişlənməsinin gələcəkdə qarşılaşacağı problemlərə necə yanaşmaq barədə həll yolları axtarmaq istəyirlər.
Qeyd edək ki, fevral ayında Avropa Parlamenti Aİ-nin genişlənməsi məqsədilə institusional və maliyyə islahatlarına çağıran hesabat qəbul edib.