Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə Türkiyənin Çanaqqala şəhərində Türkiyə hökuməti tərəfindən təşkil edilən rəsmi tədbirdə iştirak edib.
Səfir bu barədə “X” sosial şəbəkə platformasında paylaşım edib.
Rəşad Məmmədov həmçinin Çanaqqala Şəhidliyi Kompleksi ərazisində Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.
Bugün Şehitler Abidesinde düzenlenen Şehitleri Anma Günü ve Çanakkale Deniz Zaferi’nin 109.yıl dönümü törenine katıldık.
Tören sonrası Çanakkale Şehitliğindeki Azerbaycan anıtını da ziyaret ederek şehitlerimizin aziz hatırasını andık. pic.twitter.com/n6bIPpeYNr— Dr. Rashad Mammadov (@R_Eynaddinoglu) March 18, 2024