• Bz. Noy 24th, 2024

“Report”un direktoru: “Solovyovun açıqlamaları etnik ədavəti qızışdırmağa yönəlib” – VİDEO

ByYenigun.news

Mar 26, 2024

Rusiyalı jurnalist Vladimir Solovyovun Moskva vilayətində yerləşən “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı açıqlamaları etnik ədavətin qızışdırılmasına və Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlanmasına yönəlib.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Baku TV” kanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Solovyovun “Rossiya” telekanalında öz proqramında dedikləri Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirir.

“Hamımıza məlum olduğu kimi, Solovyov terror aktından sonra deyib ki, guya onun iştirakçıları arasında azərbaycanlı soyadları eşidib. Amma veriliş yayımlanan zaman bu terror aktının əsas şübhəliləri, icraçıları artıq məlum idi və orada Azərbaycan soyadlı heç kim yox idi. Üstəlik, terror aktının “Crocus City Hall”da, məlum olduğu kimi, azərbaycanlılara məxsus olan məkanda törədilməsini xüsusi vurğulamaq da etnik nifrətin qızışdırılması cəhdinin bariz göstəricisidir”, – o bildirib.

“Report”un direktoru qeyd edib ki, rusiyalı jurnalistin erməni diasporu ilə kifayət qədər sıx əlaqələri var.

“Bu əlaqələrə görə Solovyov nəinki jurnalist peşəsi üçün tələb olunan obyektivlik və qərəzsizlik meyarlarını görməzdən gəlir, eləcə də Rusiyanın dövlət maraqlarına məhəl qoymur. Bu, artıq Rusiya Federasiyasının istintaq orqanlarının Solovyovun fəaliyyətini araşdırması və ona qarşı tədbirlər görməsi üçün əsasdır”, – F.Hüseynəliyev vurğulayıb.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir