“Ermənistanda “mühacirətdə olan hökuməti” təmsil edən bütün ofislər bağlanmalıdır, çünki onlar mövcudluğu ilə Ermənistanın təhlükəsizliyinə və dövlətçiliyinə təhlükə yaradırlar”.
Ermənistan mediasının məlumatına görə, bunu ölkənin baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib.
O, qeyd edib ki, Ermənistanda dövlət daxilində dövlət ola bilməz, mühacirətdə hökumət olmur və ola da bilməz.
“Bu avantüristlər Ermənistanda “mühacirət”də olan hökumət yaratmağa çalışırlar ki, bu da milli təhlükəsizliyə birbaşa təhdid yaradır”, – deyə Taron Çaxoyan bildirib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımadığını deyib.