• Be. İyl 21st, 2025

Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək – FOTO

ByYenigun.news

Apr 8, 2024




Aprelin 8-də Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş BMT-Turizmin (Ümumdünya Turizm Təşkilatı) Avropa üzrə Regional Komissiyasının 70-ci iclasında Azərbaycan nümayəndə heyəti iştirak edib.

Oxu.Az xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda BMT-Turizmdə (Ümumdünya Turizm Təşkilatı) daimi nümayəndəsi Ramiz Həsənov da iştirak edib.

İclas çərçivəsində ölkəmizin 2025-ci ildə BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının növbəti 71-ci iclasına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir