• Ca. Dek 25th, 2025

Emin Hüseynov Aİ-nin komitə üzvlərinə minatəmizləmə əməliyyatları barədə məlumat verib – FOTO

Byadmin

Apr 12, 2024




Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərinə səfər ediblər.

Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “X” səhifəsində paylaşım edib.

Komitə üzvlərinə ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri və minatəmizləmə əməliyyatları barədə məlumat verilib.