• Ca. Dek 25th, 2025

Britaniya, Almaniya və Fransa səfirləri İran XİN-ə çağırılıblar

Byadmin

Apr 14, 2024




İran Xarici İşlər Nazirliyi İsrailə qarşı kütləvi hücumdan sonra Britaniya, Almaniya və Fransa səfirlərini çağırıb.

Qeyd olunub ki, hər üç səfirin ayrı-ayrılıqda çağırmasına səbəb Böyük Britaniya, Almaniya və Fransadakı rəsmi şəxslərin İranın ünvanına səsləndirdiyi bəyanatlar olub.

Diplomatlara İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu barədə məlumat verilib.

Mənbə: TASS