• Şb. Avq 29th, 2026

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Byadmin

Apr 21, 2024




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 12 illik fasilədən sonra aprelin 22-də İraqa gözlənilən səfəri zamanı 30-a yaxın hökumətlərarası sazişin imzalanması planlaşdırılır.

Ən mühüm razılaşmalar Şimali İraqın terrorçu Kürdüstan Fəhlə Partiyasından (PKK) təmizlənməsi üzrə birgə səylərə aid olacaq.

Məlumata görə, Bağdad və Ərbildə (İraq Kürdüstanı) keçirilən danışıqlarda həmçinin terrorizmlə mübarizə üzrə birgə əməliyyat mərkəzinin strukturu və fəaliyyəti, Şimali İraqda 30-40 kilometr dərinlikdə PKK-nın əsas bazalarının yerləşdiyi Hakurk və Metina, Zap və Qara bölgələrində təhlükəsizlik zonası və daimi Türkiyə bazalarının yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.

Mənbə: Hürriyet

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir