Prezident İlham Əliyevin sentyabrın 14-də Xankəndi şəhərinə, Xocalı və Xocavənd rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdi. həmçinin görülən işlərlə tanış olduğu obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Belə ki, Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində oldu, həmçinin qəsəbədə inşa olunmuş məscidin açılışında iştirak etdi. Qeyd edək ki, bu məscidin təməlini dövlətimizin başçısı İlham Əliyev 2021-ci ilin oktyabrında qoyub. Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür
Bir daha şahid olduq ki, Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, müasir infrastruktur layihələri icra olunur, yeni yollar salınır, istehsal müəssisələri yaradılır, soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün lazım olan bütün zəruri tədbirlər görülür, mərhələ-mərhələ bu torpaqlara qayıdış gerçəkləşdirilir. Dövlət başçısı Xocavənd rayonunun Sos kəndində də oldu. İndiyədək 10 ailə kəndə qayıdıb. Ölkə Prezidenti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Xocalı rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq, Badara kəndlərində oldu, Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü.
Səfər çərçivəsində dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etdi. Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardandır. Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda buraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Qarşıda daha böyük quruculuq işləri dayanır və heç bir şübhə yoxdur ki, bu proses davam edəcək. Yenidən qurulan şəhər və kəndlərimiz öz sakinlərini gözləyir. Böyük Qayıdış prosesi də məhz bu bərpa işləri ilə paralel şəkildə həyata keçiriləcəkdir.
Arif Nəcəfov,
Cəlilabad rayon Statistika İdarəsinin rəisi