• Ç. Noy 11th, 2026

Şuşa Zəfərinə gedən uzun yol

ByVuqar Ferzeliyev

Noy 11, 2026

    Azərbaycanın müasir tarixində Şuşanın azadlığı ilə nəticələnən Zəfər uzun illər ərzində formalaşan dövlətçilik strategiyasının, milli birliyin və Vətən sevgisinin məntiqi nəticəsidir. Bu qələbənin təməlində xalqımızın tarixi torpaqlarına qayıtmaq əzmi, dövlətimizin müstəqilliyini möhkəmləndirmək iradəsi və Azərbaycan Ordusunun güclənməsi dayanır. Şuşaya aparan yol asan olmamış, bu yolda xalqımız ağır sınaqlardan keçmiş, lakin öz amalından və tarixi həqiqətlərindən heç vaxt dönməmişdir.

     Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik dövlətçilik siyasəti ilə bağlıdır. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin təmin edilməsi, güclü dövlət quruculuğunun həyata keçirilməsi, iqtisadiyyatın inkişafı və milli ordunun formalaşdırılması Azərbaycanın gələcək qələbələri üçün möhkəm zəmin yaratdı. Heydər Əliyev Qarabağ probleminin həllini dövlətin qarşısında dayanan əsas vəzifələrdən biri kimi müəyyənləşdirərək Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, milli maraqlarımızın müdafiəsinə və xalqımızın mübarizə əzminin qorunmasına xüsusi diqqət yetirirdi.
Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkənin iqtisadi və hərbi potensialının artırılması, müasir silahlarla təchiz olunmuş güclü ordunun yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi Azərbaycanın qarşısında yeni imkanlar açdı. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan öz gücünə, imkanlarına və tarixi ədalətin bərpa olunacağına inanan qüdrətli dövlətə çevrildi.
     Şuşa Zəfərinə gedən uzun yol xalqımızın yaddaşında dərin iz buraxan hadisələrlə müşayiət olundu. Ermənistanın işğalçılıq siyasəti, torpaqlarımızın uzun illər düşmən tapdağı altında qalması və doğma yurdlarından didərgin düşmüş insanların yaşadığı məcburi köçkünlük həyatı xalqımızın mübarizə əzmini daha da gücləndirdi. Azərbaycan heç vaxt işğalla barışmadı, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünün bərpası uğrunda siyasi və diplomatik mübarizəsini davam etdirdi. Bununla yanaşı, dövlətimiz hərbi qüdrətini artıraraq torpaqlarımızın azad olunması üçün bütün zəruri hazırlıqları həyata keçirdi.
2016-cı ilin Aprel döyüşləri, 2018-ci ildə Günnüt əməliyyatı və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər Azərbaycan Ordusunun gücünü və döyüş hazırlığını nümayiş etdirən mühüm hadisələr oldu. Bu hadisələr xalqımızın qələbəyə olan inamını möhkəmləndirdi, ordumuzun döyüş ruhunu və peşəkarlığını bir daha təsdiqlədi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən böyük Zəfər yoluna çevrildi.
       44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək bir-birinin ardınca şəhər və kəndlərimizi işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərbçilərimiz döyüş meydanında böyük şücaət, peşəkarlıq və fədakarlıq nümayiş etdirdilər. Bu müharibənin ən mürəkkəb və həlledici mərhələsi isə Qarabağın tacı sayılan Şuşa uğrunda aparılan əməliyyat oldu.

Saatlı şəhər Bülbül adına UMM-nin nəzəriyyə müəllimi Gülüşova Ləman

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir