Azərbaycanın Xarici İşlər Nazirliyi Əlcəzairdəki meşə yanğınları nəticəsində ölənlərlə bağlı bu ölkəyə başsağlığı verib.
Yenigun.news xəbər verir ki, başsağlığı mətni XİN-in tvitter səhifəsində məlumat yayılıb.
“Əlcəzairdəki meşə yanğınları xəbəri bizi dərindən üzdü. Hadisə nəticəsində dünyasını dəyişənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk, yaralıların tezliklə sağalmasını diləyirik. Bu çətin günlərdə dualarımız dost Əlcəzair xalqı ilədir”, – başsağlığında bildirilib.