• Şb. Dek 10th, 2022

Təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsi başlayıb

ByYenigun.news

Mar 31, 2021

Bu gündən etibarən təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsinə başlanılıb.

“Yenigun.news” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, vaksinasiya prosesinin növbəti mərhələsində yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətə peyvəndin ikinci dozasının vurulması nəzərdə tutulur.

Peyvəndin birinci dozasını qəbul etmiş şəxslərə bu gündən müvafiq məntəqədə növbəti dozanın vurulması təmin ediləcək.

Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur.

Qeyd edək ki, 3 mart 2021-ci il tarixindən paytaxtdakı təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün təşkil olunmuş vaksinasiya prosesi 10 peyvənd məntəqəsində həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir