Konqo prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri…
Ermənistanın mina terroru davam edir, beynəlxalq ictimaiyyət ağzına su alıb oturur – ŞƏRH + FOTO
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına, Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinə mane olan bir neçə məqam var. Bunlardan biri də vaxtilə işğal altında olan ərazilərdə basdırılmış minalardır.…
Son dörd ayda SEPAH-ın Suriyada öldürülən əməkdaşları: Onlardan beşi generaldır – ADLAR
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən ilin dekabrından bəri Suriyada 16 əməkdaşını, o cümlədən beş generalını itirib. Oxu.Az xatırladır ki, 2023-cü ilin dekabrın əvvəllərində İsrailin Suriyaya aviazərbələri nəticəsində SEPAH-ın…
Nikol Paşinyan Brüsselə “əlidolu” gedir: Əsas oxlar Moskvaya tuşlanıb – ŞƏRH + FOTO
Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin iştirakı ilə görüş olacaq. Rəsmi olaraq açıqlanan gündəm…
Qərb LGBT-yə görə Gürcüstana qarşı çıxış edir – Malxaz Qulaşvili ilə MÜSAHİBƏ
Amerika Birləşmiş Ştatları ilə Avropa institutlarının Gürcüstanla münasibətləri son həftələrdə nəzərəçarpacaq dərəcədə pisləşib. Buna səbəb Gürcüstanda hazırlanan LGBT təbliğatını qadağan edən “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun…
ABŞ İran üzrə xüsusi elçisini Bakıya göndərdi: Ağ Evin Tehranı cəzalandırmaq motivi – TƏHLİL
ABŞ-nin İran üzrə xüsusi elçisi Abram Paley Azərbaycanda, Gürcüstanda və Ermənistanda səfərdə olub. Onun səfəri əsasən ABŞ-nin İran gündəliyini əhatə edən mövqelərin region dövlətlərinə çatdırılması ilə əlaqəli görünür. Paleyin səfərində…
Azərbaycan aeroportlarında VIP salondan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişlənib
Nazirlər Kabineti “Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərinin Siyahısı”nın təsdiq edilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli qərarında…
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır – SORĞU + FOTO
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində hazırda Ermənistanın işğalı altında olan Qazax rayonunun 7 kəndinin və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndinin təhvil verilməsi məsələsinin…
Prezident İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovu qəbul edib. President.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Ombudsman mina terroru ilə bağlı bəyanat yayıb
Azərbaycanın insan haqları üzrə müvəkkili (Ombudsman) mina terroru ilə bağlı bəyanat yayıb. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, Ermənistanın otuz illik işğal dövründə torpaqlarımızda basdırdığı minalar insanların həyatına…
