Azərbaycan və Türkiyə prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı President.az məlumat yayıb.
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü başladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başlayıb. Bununla bağlı President.az məlumat yayıb.
İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM
Azərbaycan Prezidenti İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi keçirilir. Həmin görüntüləri:
Əməliyyatdan çıxan Cavanşir Quliyev: “Bir neçə gündən sonra Bakıya qayıdacağam” – AUDİO
“İndi yaxşıyam. Təhlükə keçdi. Zamanında müraciət olunduğu üçün hər şey zərərsiz bitdi”. Bu sözləri bir neçə gün öncə Türkiyədə cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev “Günün Səsi”nə açıqlaması…
Milli Məclisdə Asiya Parlament Assambleyasının tədbiri keçiriləcək
Fevralın 20-dən Milli Məclisdə Asiya Parlament Assambleyasının tədbiri keçiriləcək. “Report”un xəbərinə görə, toplantı fevralın 23-dək davam edəcək. Tədbirdə İran, Rusiya, Türkiyə və digər ölkələrin parlamentlərinin nümayəndə heyətlərinin iştirakı gözlənilir. Qeyd…
İtaliyalı nazir Prezident İlham Əliyevi təbrik etdi
İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib. President.az xəbər verir ki, Quido Krosetto bu barədə sosial şəbəkə hesabında paylaşım…
Bakıda Asiya Parlament Assambleyasının sessiyası keçiriləcək
Fevralın 21-dən 24-dək Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçiriləcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna…
Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama
“Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var”. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu yerli mətbuata müsahibəsində bildirib. “Ermənistandan keçən bu marşrutun uzunluğu 43 kilometrdir. Rəsmi İrəvan tərəfindən problem…
Sergey Markov: “İrəvan Bakıya qarşı ittihamları Aİ və NATO ölkələri ilə koordinasiyalı şəkildə aparır”
“Ermənistanın Azərbaycana qarşı ittihamları Avropa İttifaqı və NATO ölkələri ilə koordinasiyalı şəkildə aparılır. Məqsəd Qərbin ermənilərin himayədarı olduğunu göstərməkdir. Bu, həm də Paşinyana köməkdir ki, Ermənistanı Rusiyadan qopararaq onu Qərbə…
İran parlamentinin nümayəndə heyəti bu gün Azərbaycana səfər edəcək
İran parlamentinin nümayəndə heyəti bu gün Azərbaycana səfər edəcək. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, İranın İslam Şurası Məclisinin bir qrup millət vəkili Asiya Assambleyaları Assosiasiyası…
