• Ça. May 14th, 2024

AZƏRBAYCAN ÖZ HƏDƏF VƏZİFƏLƏRİNİ
LAYİQİNCƏ YERİNƏ YETİRƏCƏK

Byyenigun

Yan 18, 2022

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə çox mühüm məsələləri əhatə edən sualları cavablandırılmışdır.
Azərbaycanın 2021-ci ildə əldə etdiyi iqtisadi uğurlardan danışılarkən qeyd olunmuşdur ki, ümumi iqtisadi artım 5 faizdən çox olmuşdur. 2021-ci ildə xərclərin artmasına baxmayaraq valyuta ehtiyatı 2,5 milyard dollar artmışdır. Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, xarici ticarət balansının saldosu müsbətdir. Müsbət saldo 10 milyard dollardan çoxdur. Qeyri-neft ixracı 40 faizdən çox artmışdır. Çörəyin qiymətinin qalxmasına münasibət bildirən cənab Prezident bildirmişdir ki, bu qaçlımaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Azərbaycanın əsas təchizatçısı Rusiyadır. Rusiyada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Çörəyin qiyməti süni sürərdə əvvəlki səviyyədə saxlanıla bilməzdi. Bu nəzərə alındı və eyni zamanda, dövlətin tənzimləyici rolu gücləndirildi ki, süni qiymət artımı olmasın. Eyni zamanda ölkədə çox geniş sosial paket həyata keçirildi. Minimum əmək haqqı 20 faiz, minimum pensiya 20 faiz, müxtəlif sahələrdə çalışan işçilərin əmək haqqları, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu sosial paket 2 milyondan çox insanı əhatə etməklə 1,5 milyard manat vəsaitlə başa gəlmişdir.
Şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısından və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışarkən cənab Prezident qeyd etmişdir ki, Azərbaycan dünya miqyasında bu sahədə öz modeli olan ölkələrdəndir. Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən qayğı və diqqət nümunə sayıla bilər. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillə təmin olunub, 7400 nəfər minik avtomobili ilə təmin olunub. Təkcə keçən il 850 nəfər Birinci Qarabağ müharibəsində şəhid olanların ailələri və qazilər, 750 nəfər İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri və qazilər mənzillə təmin olunublar. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa –yenidənqurma işləri ilə əlaqədar qeyd olunmuşdur ki, 2021-ci ildə bu istiqamətdə çox böyük proqram icra edilməyə başlanmışdır. Müharibədən çıxmış bir ölkə üçün bu ən geniş miqyaslı proqramdır. Bu proqramı fərqləndirən odur ki, proqram heç kimin yardımı olmadan Azərbaycanın öz gücü hesabına həyata keçirilir. İlkin olaraq minalardan təmizləməklə yanaşı, elektrik təsərrüfatı yaradıldı, yollar şəkildi. Təkcə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Erənistanla həmsərhəd olan bölgələrdə 700 km yaxın yol çəkilib. Artıq Bərdə-Ağdam dəmir yolunun və Horodiz – Ağbənd – Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlanıb. Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolu çəkiləcəkdir. Yolun çəkilişinə rəsmi İrəvan artıq öz razılığını verib. Azərbaycan Ermənistanı bu razılığa heç bir zor tətbiq etmədən məcbur etdi. Odur ki, istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına rəsmi İrəvan nə vaxtsa hazır olacaq.
Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən deyil, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir. Müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar baş verir. Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib.
“Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Yəni, istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb – cinayətlər, təxribat, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlar. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra”, – Prezident bildirib.
ATƏT-in Minsk qrupu ilə bağlı sualı cavablandırarkən cənab Prezident qeyd etmişdir ki, müharibədən sonra həmsədirlərin ilk bəyanatlarında onlar yeni reallıqlardan şox uzaq idilər. Lakin sonradan onların bəyanatlarına baxsaq görərik ki, indi artıq həm 10 noyabr tarixli üçtərəfli Bəyanata, həmdə başqa sənədlərə istinadları görünür. Bu qrupun gələcək fəaliyyətinə gəldikdə isə onu demək olar ki, onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə artıq həll olunub. Azərbaycan onların yerinə bu məsələni həll edib.
Fizuli Cəfərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir