• Ça. May 14th, 2024

AZƏRBAYCANIN FƏAL DİPLOMATİK FƏALİYYƏTİ

Byyenigun

Yan 18, 2022

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın prioritet sahələrdə qazandığı uğurlar haqqında müfəssəl məlumat verdi. Eyni zamanda bu çıxış gələcək hədəflərin müəyyən olunması baxımından böyük önəm kəsb edirdi. Cənab Prezident statistik rəqəmlər əsasında ölkənin iqtisadi inkişafının tam şəkildə mənzərəsini cızdı.
Müharibə nəticəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etmişdir. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir.
Azərbaycan 2020-ci ildə həm Vətən müharibəsi, həm də koronavirusla mübarizədə sınaqdan uğurla çıxdı və böyük həcmdə vəsaitlərin həmin istiqamətlərdə xərclənməsinə baxmayaraq, heç bir nəzərdə tutulan sosial layihə kənarda qalmadı: “Ölkə başçısının ötən ilin oktyabrında imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamda da məhz bu istiqamətdə sosialyönümlü xərclərin artırılması nəzərdə tutulurdu və dekabrın 17-də imzalanan Sərəncamla təsdiqləndi. Dövlətimizin başçısının imzaladığı Sərəncamla minimum əməkhaqlarının artımı Vahid Tarif Cədvəlinin bütün pillələri üzrə əməkhaqlarının artırılmasına imkan yaratdı. Bu isə həm dövlət, həm də özəl sektorda çalışanların əməkhaqqının artımı deməkdir.
Müharibədən yeni çıxan, eyni zamanda iki ildən artıqdır ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirən ölkənin əldə etdiyi nəticələr münbit iqtisadi şəratin mövcudluğundan xəbər verir. Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunur. Prezidentin göstərişilə hazırda azad edilmiş bütün torpaqlarda bərpa olunan enerji növləri və yerləri müəyyənləşdirilir. Ölkə rəhbəri çıxışlarında həmin ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib.
Cənab Prezident Azərbaycan Ermənistan sərhəddində baş verən hadisələrə münasibət bildirərək müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar baş verdiyini, Ermənistan rəhbərliyinin müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilmədiyini vurğuladı. Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırır, müxtəlif təxribatlara əl atır. Ermənistan unutmamamlıdır ki, Azərbaycan Silahlı Qüvvələri xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qorumaq gücündədir. Cənab Prezident artıq silah və sursat tədarükü getdiyini, müxtəlif xarakterli müasir silah sistemlərinin alındığını, ən yaxşı hərbi texnologiyaları almaq planlarının olduğunu söylədi. Həmçinin qeyd etməliyik ki, Komando qüvvələrinin yaradılması böyük hadisədir və hərbi qüdrətimizin təzahürüdür.
İslam İsgəndərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir