• C. May 10th, 2024

AZƏRBAYCANIN REALLIQLARI DÜNYA MÜSTƏVİSİNDƏ

Byyenigun

Dek 25, 2021

Bütün dünyada olduqca gərgin və ziddiyyətli proseslərin getdiyi, ciddi geosiyasi savaşların baş verdiyi bir dövrdə beynəlxalq aləmdə söz sahibi olmaq, ölkəni dinamik şəkildə inkişaf etdirmək, dünya dövlətlərinin Azərbaycanla hesablaşmasına nail olmaq və bütün bunların nəticəsi olaraq, otuz ilə yaxın müddətdə düşmən işğalı altında qalmış torpaqları azad etmək, əlbəttə ki, misilsiz tarixi nailiyyətdir. Görkəmli siyasi xadim olan Prezident İlham Əliyev irəli sürdüyü qlobal təşəbbüsləri ilə də daim seçilir. Bu, onu göstərir ki, dövlətimizin başçısının siyasi fəaliyyətinin təsir dairəsi yalnız Azərbaycanı deyil, bütün regionu əhatə edir.
2020-ci ilin 27 sentyabr tarixindən – Vətən müharibəsi başlayan gündən dövlətimizin başçısı İlham Əliyev bütün cəbhələrdə ön cərgədə idi. Həmin vaxt beynəlxalq aləm onun informasiya cəbhəsində nə cür böyük ustalıqla mübarizə apardığına şahid oldu. Dövlətimizin başçısı, özünün bilik və bacarığı, tutarlı arqumentləri ilə Ermənistan tərəfinin yalan və böhtanlarını, həqiqətə uyğun olmayan təbliğatlarını alt-üst etdi, dəmir məntiqi ilə Azərbaycana qarşı informasiya blokadasını peşəkarlıqla yardı, əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Onun müharibə ilə bağlı 30-dan artıq dünyanın aparıcı KİV-nə müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də Azərbaycanı qalib etdi. Artıq Ermənistan tərəfinin və onun havadarlarının yalançı fikirlərini əsaslandırmağa heç bir faktı və arqumenti qalmamışdı, mat vəziyyətinə düşmüşdülər. Azərbaycan Prezidentinin verdiyi məlumatlar mövzu ilə bağlı xəbər verən media nümayəndələrinin, şərhlər verən ekspertlərin istinad mənbəyi idi. Dövlətimizin başçısı Brüssel səfəri zamanı İspaniyanın “El Pais” və İtaliyanın “İl Sole 24 Ore” qəzetlərinə müsahibələri ilə də postmüharibə dövrünün reallıqlarını dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Prezident İlham Əliyev “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib ki, Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür: “Eynilə insan hüquqları məsələsi. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır. Çünki birincisi, biz avropalı tərəfdaşlarımızı inandırmağa müvəffəq olduq ki, onların məlumatı əsasən səhv ssenariyə əsaslanıb və biz genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçirdik. İkincisi, əgər siz mahiyyətə diqqət etsəniz, görərsiniz ki, Ermənistanda insan haqları və siyasi azadlıqlar kobud şəkildə pozulur. Məsələn, siyasi partiyaların çoxlu təmsilçiləri həbsdədir. Əsas siyasi partiyaların liderlərinə qarşı cinayət işləri açılıb. Ermənistanda repressiyalarla bağlı böyük ictimai narazılıq var və bütün bunlar açıq-aşkar faktlardır. Lakin Ermənistanın sanki bir daimi çətiri var, orada nə baş verməyindən asılı olmayaraq, o, demokratiya hesab olunur.
Azərbaycanda isə media ilə bağlı məhdudiyyətlər yoxdur. Azərbaycanda azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür. Eynilə insan hüquqları məsələsi. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır. İndi Avropa təsisatlarında daha aydın təsəvvür var ki, insan hüquqları və media azadlığına dair problemlərin olması təəssüratı şişirdilib. Çünki Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur, bizdə azad internet var və senzura mövcud deyil.
Vüsal Kazımov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir