• Bz. Apr 28th, 2024

DAHA YAXŞI YAŞAMAQ HƏR BİR VƏTƏNDAŞIN HAQQIDIR

Byyenigun

Dek 27, 2021

Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etməsini təmin etməkdədir. İmzalanan sərəncamlar bütün kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına, onların daha yaxşı yaşamasına və onların gəlirlərinin artmasına birbaşa xidmət etməkdədir. İmzalanmış yeni fərman və sərəncamlarla, müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında 2021-ci il 16 oktyabr sərəncamına əsasən reallaşmaqdadır. Yeni ildən tətbiq ediləcək bu qərarları icra etmək üçün 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar ümumilikdə 2,1 milyondan çox şəxsi əhatə edəcək. Yeni fərman və sərəncamlar, müavinət və təqaüdlərin artımı demək olar ki, əhalinin bütün təbəqələrini əhatə edir. Əlilliyi olan şəxslər müxtəlif dərəcələrə görə və onlara qulluq edən şəxslərin də müavinətləri artırılır. Həmçinin ailə başçını itirməyə görə, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, 5-dən çox uşağı olan qadınlar, aztəminatlı ailələr, bir sözlə, qayğıya ehtiyacı olan bütün kateqoriyadan olan insanlar bu sərəncamlar və fərmanlar vasitəsilə əhatə olunub”. “Dövlət başçısının imzaladığı yeni fərman 132 min doktoran və tələbəni əhatə edərək, müavinət və təqaüdlərin artırılmasını təmin edəcəkdir.
Minimum əməkhaqqı 300 manata çatdırıldı, vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artırıldı. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə 2022-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun olaraq orta hesabla 20% artırılacaq. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq. Yeni ilin 1 yanvarınadək qüvvədə olan mövcud 19 pilləli VTC üzrə əməkhaqlarının minimal həddi 250, maksimal həddi 906 manatdır. Təsdiqlənəcək yeni cədvəldə bu göstəricilərdə minimum əməkhaqqı artımına uyğun artımlar olacaq. Təhsil işçilərinin sosial müdafiəsi diqqət mərkəzindədir. Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Artımların edilməsi məqsədlə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.
Bütün sadalananlar Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır.
Seymur Abasov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir