• Bz. Apr 28th, 2024

ERMƏNİ İŞĞALININ ƏSL SİMASI

Byyenigun

Dek 28, 2021

Hadrut qəsəbəsinə televiziya ekranlarında baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Prezident İlham Əliyev Hadrutda da eyni vəziyyətin olduğunu bildirdi – dağıdılmış məktəb, mədəniyət evi, yararsız binalar.
Ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut. Siz Hadrutu tanıyırsınız, burada yaşamısınız, olmusunuz, yaxın kəndlərdə də yaşamışınız, burada bir neçə kəndin nümayəndələri var. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Ermənistan öz ordusunun mənəvi-psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı. Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almış və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur. Erməni yalanları ifşa olundu. Uzun illər ərzində ermənilər yaydıqları yalana özləri də inanmağa başlamışdılar. Dünyaya Azərbaycan xalqı haqqında, Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarakterli məlumatlar yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir. Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur.
44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı. Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Bunu etmək üçün siyasi iradə və güc var. Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanın qəhrəman övladları nəyə qadirdir. Qarabağın azad olunması Azərbaycanın haqqı idi. Azərbaycanın Prezidenti bu yolda mümkün olan bütün zəruri addımları atdı. Azad olunmuş torpaqların nəhəng tikinti meydanına çevrilməsi də İlham Əliyev zəkasının məhsuludur. Biz İlham Əliyev şəxsində sübut etdik ki, Azərbaycan lideri “dəmir yumruğa” malik olmaqla yanaşı, həm də qurub-yaradan kimi də tarixə düşüb. Belə liderə malik olan xalq, dövlət, xariqələr yaratmağa qadirdir. Heç kimin şübhəsi olmasın ki, ən yaxın zaman kəsiyində Qarabağımız əvvəlki füsunkar gözəlliyini bərpa edəcək, daha da inkişaf edərək sözün əsl mənasında dünyanın ən böyük, ən gözəl bağına – cənnət bağına çevriləcək.
Acınacaqlı hallardan biri də bu oldu ki, beynəlxalq ictimaiyyətin bir qismi . erməni cinayətlərinə göz yummuşdu. Sanki görmürdülər ki, Ermənistan torpağımızı işğal edərək Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyub, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. İndi qoy nə qədər danışırlar, danışsınlar. Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma torpaqlarına qayıtmış Azərbaycan xalqıyıq. Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etmişik, işğalçıları doğma torpaqlarımızdan qovmuşuq və doğma torpaqlarımıza qayıtmışıq.
Ağaxan Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir