• Ça. May 14th, 2024

PREZİDENTİN MƏMURLARA CİDDİ XƏBƏRDARLIĞI

Byyenigun

Yan 18, 2022

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bir çox məqamlara aydınlıq gətirib. Ökə başçısı Azərbaycanda fəaliyyət göstərən məmurlara ünvanlı ifadələr səsləndirib. Prezident korrupsiya və rüşvətxorluğa yol verən kadrları ciddi cəzalar gözlədiyini xüsusi vurğulayıb: “Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır. Əgər bu və ya digər məmur çirkaba bulaşarsa, cəza çox sərt olacaq”.
Dövlət başçısı bəzi məmurların fəaliyyətini “ayı xidməti”nə bənzədib: “Nəticə də onu göstərir – ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.
Prezidentin toxunduğu vacib məsələlərdən biri də idarəetmə sistemində rol oynayan, Azərbaycan xalqına xidmət edən kadrlar haqqında məqamlar idi. O, bir daha həyata keçirilmiş iqtisadi islahatların vacibliyini və üstün cəhətlərini diqqətə çatdırmaqla bərabər həm də kadrların rüşvətxorluq və korrupsiya hallarına yol verdiyini söylədi. İndiki halda da rüşvətxorluqla məşğul olan bəzi kadrlar haqqında dəqiq informasiyalar prezidentə bəllidir. Ölkə başçısı buna qarşı hər zaman prinsipial mövqe nümayiş etdirib. Mən əminəm ki, dünən səsləndirdiyi fikirlərdən sonra yeni kadr islahatların şahidi olacağıq.
Prezident İlham Əliyev yaxşı bir ifadə işlətdi ki, kimsə, özünü tam idarə edə bilmir, qoyulan tələblərə cavab vermir, bir neçə il işləyir, sonradan yenidən əvvəlki sələflərinin əməllərini təkrar edərək, korrupsiya və rüşvətxorluqla məşğul olursa, ona yol göstərilir, idarəçilikdən uzaqlaşdırılır. Qanun pozuntularına yol verən, xalqın və dövlətin maraqlarına, vəsaitinə ziyan vuran məmurları dəmir barmaqlıqlar gözləyir. Bu kifayət qədər ciddi xəbərdarlıqdır və nəticə çıxarmaq lazımdır”.
“Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksək vəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”. Bu xəbərdarlıqdan sonra məmurlar da özləri üçün ciddi nəticə çıxaracaqlar. Nəticə çıxarmayanlar da bizim və cəmiyyətin şahidliyi ilə məhkəmə qarşısına çıxarılacaq, layiqli cəzalarını alacaqlar.
Vacib amillərdən biri korrupsiya üçün meydanı daraltmaqdır. Burada institusional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır. Bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98 faizdir. Ona görə bütün sahələrdə – iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir, məmur-vətəndaş təmasları da minimuma endirilməlidir.
İlqar Mirzəyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir