• Bz. Dek 22nd, 2024

REGİONDA SÜLH VƏ TƏHLÜKƏSİZLİK BAŞLICA ŞƏRTDİR

Byadmin

Okt 2, 2021

Azərbaycan həmişə sülhün tərəfdarı olub. Biz dəfələrlə beynəlxalq təşkilatların iştirakı ilə keçirilən tədbirlərdə keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə tənzimlənməsinin tərəfdarı olmuşuq. Ancaq Ermənistan həmişə qeyri – konstruktiv mövqe nümayiş etdirib. Nəhayət, işğalçı ölkə laiyiq olduğu cavabı aldı. Ötən il Ermənistanın başladığı II Qarabağ müharibəsi işğalçı dövlətin acınacaqlı məğlubiyyəti ilə nəticələndi. Bu müharibədə Türkiyə və Pakistan ölkəmizə həm siyasi, həm də mənəvi dəstək oldular. Bu dəstək xalqımız tərəfindən rəğbətlə qarşılandı.
İstər müharibə zamanı, istərsə də müharibədən sonra cənab Prezident İlham Əliyevin müxtəlif yerli və xarici media qurumlarına verdiyi müsahibələri həm daxili auditoriya üçün hazırkı mövcud vəziyyət haqqında məlumat vermək xarakteri daşıyırsa, həm də Ermənistan və onun havadarları üçün mesajlar, bütövlükdə isə beynəlxalq aləm üçün Azərbaycan və Ermənistan arasında mövcud durum, atılacaq addımlar və dövlətimizin region ölkələrindən gözləntilərinin nədən ibarət olduğu kimi məsələlərin aydınlaşdırılması kimi başa düşülməlidir.
Fransada fəal erməni icmasının siyasi dairələrə çıxış imkanları genişdir. Fransa rəhbərliyi erməni icmasını da elektorat kimi nəzərdən keçirir və onların xoşuna gəlmək üçün Ermənistanın işğalçı maraqlarını müdafiə edir. Bununla belə, İlham Əliyev müsahibədə əvvəl baş verənləri geridə qaldığını deməklə sülh üçün gələcəyə baxmağın formulunu ortaya qoyur və Parisdən gözləntini belə ifadə edir:“Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Ümid olunur ki, Ermənistan da istəyir. Biz bunun üzərində işləməliyik, buna diqqətlə yanaşmalıyıq və bir il əvvəl baş verənlərə qayıtmalı deyilik. Bizə gəldikdə, bu çox xoşagəlməz hadisələrdən sui-istifadə etməyəcəyik. Biz səhifəni çevirmək istəyirik”.
Prezident müsahibəsində Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb-görüşməyəcəyinə dair suala cavabında həmsədrlərin üzərinə məsuliyyət qoyub. İlham Əliyev deyib ki, Minsk Qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, Azərbaycan buna qarşı çıxmaz.Hazırda sülh müqaviləsinin rüşeymlərinin formalaşması üzərində işlər gedir, qolobal güclərin də bir aktivliyinin səbəbi budur.
Anar Sadatov, Cəlilabad RİH baş məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir