• Ç. Dek 7th, 2022

Türkmənistan parlamenti “Dostluq” yatağı ilə bağlı sənədi ratifikasiya edib

ByYenigun.news

Mar 14, 2021

Türkmənistan Məclisi (parlamenti – Report) “ Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu təsdiq edib.

Yenigun.news xəbər verir ki, bu barədə Türkmənistan dövlət agentliyi məlumat yayıb.

Müvafiq memorandum Türkmənistan parlamentinin altıncı çağırışının videokonfransla keçirilən on üçüncü iclasında qəbul edilib.

Qeyd edək ki, Anlaşma Memorandumu 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.

“Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30 % Azərbaycana, 70 % Türkmənistana nisbətdə bölüşdürüləcək.

“Dostluq” yatağından çıxarılmış, beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat-tranzit sistemlərinin istifadə edilməsi ilə rəqabət qabiliyyətli şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun olaraq həyata keçiriləcək.

Bu konteksdə tərəflər karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli sahəsində ən səmərəli beynəlxalq əməkdaşlıq formalarını istifadə edəcəklər.

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir