• Be. Apr 22nd, 2024

Prezident: “Ermənistan böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür”

ByYenigun.news

May 20, 2021

“İkinci Qarabağ müharibəsi bölgədəki vəziyyəti kökündən dəyişdirib. Bu hadisələr dəyişikliyə ehtiyac yaradıb”.

Yenigun.news xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” adlı videoformatda keçirilən müzakirələr zamanı çıxışında deyib.

Tədbiri açan dövlət başçısı bu mövzuda müzakirələr təşkil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib: “Cənubi Qafqazda köklü dəyişikliklər baş verib və yeni vəziyyət yeni yanaşmalar tələb edir”.

Azərbaycan Prezidenti bildirib ki, İkinci Qarabağ müharibəsi regionda vəziyyəti kökündən dəyişdirib: “İşğal bitməyənə və ərazilərimiz geri qaytarılmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyimizə dair mövqeyimizi açıq şəkildə bildirmişik. Ermənistan özü də böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir