• C. Dek 27th, 2024

Senator: “Pakistan Ermənistanla münasibətlərin nizamlanmasında Azərbaycana dəstəyini davam etdirəcək”

ByYenigun.news

İyn 30, 2022

“Pakistan Ermənistanla münasibətlərin nizamlanmasında Azərbaycanı hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

“Report” xəbər verir ki, bunu Pakistan Senatının üzvü Məhəmməd Talha Mahmud Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan da hər zaman Pakistanı mühüm məsələlərdə dəstəkləyir:

“Biz Azərbaycanı qardaş ölkə hesab edirik”.

Pakistanlı senator ölkələr arasında mədəni və digər məsələlərdə oxşar xüsusiyyətlərin olduğunu vurğulayıb.

O, həmçinin Pakistandan Azərbaycana turist axınının tezliklə artacağına əminliyini ifadə edib.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransından danışan Məhəmməd Talha Mahmud bu tədbirin beynəlxalq siyasət üçün əhəmiyyətini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir